DÜNYA

Misir OPEC+ anlaşmasına qatılmayacaq
13 OKTYABR
64

Misir OPEC+ anlaşmasına qatılmayacaq

2017-10-13 10:09:00

Misir neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına qatılmayacağını açıqlayıb. Fins.az xəbər verir ki, bu açıqlama Misirin baş naziri Şərif İsmayıl tərəfindən verilib.

Ş.İsmayıl bildirib ki, Misir demək olar ki, neft ixrac etmədiyinə görə, OPEC+ anlaşmasına qoşulmayacaq. Belə ki, Misirin hasil etdiyi neft əsasən yerli neft emalı zavodlarında istifadə edilir. "Çox az miqdarda neft ixrac edirik, bu da neft bazarına təsir etmir. Bu, əsasən 1-2 mln. barel/gün neft ixrac edən ölkələrə aid edilməlidir", - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, ötən həftə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino Misirin neft naziri Tarix əl Molla ilə görüşü zamanı Misirin OPEC+ anlaşmasına qatılmasını təklif edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296