DÜNYA

Qızıl artan siyasi risk ilə bahalaşıb
09 OKTYABR
139

Qızıl artan siyasi risk ilə bahalaşıb

2017-10-09 11:05:00

Qızıl qiymətləri, Şimali Koreyaya bağlı gərginliyin yenidən artması ilə yüksəlib.

Fins.az xəbər verir ki, qızıl Cümə günü 0.7% dəyər qazandıqdan sonra, bu gün daha 0.4% bahalaşaraq unsiyası 1282.32 dollara çatıb.

ABŞ Prezidenti Donald Trump, Şimali Koreya ilə bağlı açıqlamalarını yenidən sərtləşdirib və uzun illər davam edən diplomatiyanın müvəffəqiyyətsiz olduğunu və  "yalnız bir şeyin qaldığını" qeyd edib.

Trump,Twitter-dən verdiyi açıqlamada, "Təəssüf edirəm, amma yalnız bir şey işə yarayacaq. Bunu da çox yaxında öyrənəcəksiniz" ifadəsini istifadə edib. 

İki Rus parlamentara görə, Şimali Koreya, ABŞ-ın Qərb Sahilinə çata biləcək bir raketi sınamağı planlaşdırır. 

Digər metallara baxsaq, gümüş  0.7% bahalaşaraq unsiyası 16.9503 dollara, platin 0.3% yüksələrək unsiyası 918.56 dollara və palladyum  0.4% bahalaşaraq unsiyası 927.39 dollara çatıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297