DÜNYA

Müharibə Suriyaya 226 milyard dollara başa gəlib
11 İYUL
215

Müharibə Suriyaya 226 milyard dollara başa gəlib

2017-07-11 10:02:00

Dünya Bankının analitikləri Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıblar.

Fins.az xəbər verir ki, onlar müharibənin ölkəyə vurduğu ziyanı hesablayıblar.

2011-ci ildən Suriyada başlayan hərbi əməliyyatlar ölkə iqtisadiyyatına 226 milyard dollar məbləğində ziyan vurub.

"İnfrastrukturun dağıdılmasından çox, sosial-iqtisadi əlaqələrin pozulması ölkəyə böyük ziyan vurub", - deyə bankın analitikləri hesab edirlər.

Müharibədən əvvəl Suriya ÜDM-i 60,2 milyard dollar təşkil edirdisə, indi bu göstərici 24 milyarddan çox deyil.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289