DÜNYA

Ukrayna Norveçdən qaz idxal edəcək
12 İYUN
284

Ukrayna Norveçdən qaz idxal edəcək

2017-06-12 14:14:00

Ukrayna 2022-ci ildən etibarən Norveçdən qaz idxal edəcək. Bu barədə Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri Maksim Belyavskiy öz "Facebook" səhifəsində yazıb.

"Norveç qazının birbaşa Ukraynaya nəqli artıq reallıqdır. Bu, 2022-ci ildən baş tutacaq. Bizə ancaq UA-PL (Ukrayna-Polşa) interkonnektorlarını inşa etmək qalıb", - deyə müşavir qeyd edib. 

M.Belyavski bildirib ki, boruların alınmasına payızda başlanacaq. O, həmçinin "Facebook" səhifəsində Polşa və Danimarkanın baş nazirləri tərəfindən iyunun 9-da imzalanan qarşılıqlı anlaşma memorandumunu xatırladıb. Bu sənəd Baltik qaz xətti layihəsinin icrasını nəzərdə tutur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297