DÜNYA

Neft nazirinin bəyanatı nefti ucuzlaşdırır
24 OKTYABR
601

Neft nazirinin bəyanatı nefti ucuzlaşdırır

2016-10-24 16:45:00

Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar azalaraq 50,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar azalaraq 51,34 dollar olub.

“Reuters” agentliyinin yaydığı məlumata əsasən, neftin ucuzlaşmasına səbəb OPEC-ə daxil olan İraqın neft hasilatının dondurulması ilə bağlı sövdələşmənin əleyhinə olduğunu bəyan etməsidir.

İraqın neft naziri Cabar Ali al-Luaibi sözlərinə görə, Bağdad neft hasilatını dondurmaq istəmir. İraq isə bu aydan etibarən neft hasilatını artıra biləcəyini deyib.   

Buna baxmayaraq, İran bildirib ki, İraqın bu addımı OPEC-ə üz olan digər ölkələri sövdələşməyə qoşulmağa həvəsləndirəcək. 

Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neftin hasilatını 32,5 - 33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. OPEC bu razılaşmaya başda Rusiya olmaqla, digər ölkələrin də qoşulmasını istəyir. Bu məsələ Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq qeyri-formal görüşdə də müzakirə olunacaq. Bir çox analitiklər hesab edir ki, məhz bu görüşdən sonra bazarda müəyyənlik yaranacaq.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272