DÜNYA

Uçan avtomobillər gələn il satışa çıxarılacaq
14 OKTYABR
549

Uçan avtomobillər gələn il satışa çıxarılacaq

2016-10-14 18:09:00

Tezliklə fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər reallığa çevriləcək. Belə ki, 2017-ci ildə "AeroMobil 3.0" adlı uçan avtomobil satışa çıxarılacaq.

Fins.az-ın verdiyi məlumata əsasən, Slovakiya şirkəti həmin avtomobillərin istehsalını həyata keçirəcək.

"AeroMobil 3.0" avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə "YouTube" videohostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir.

Bu avtomobil səmada saatda 200 kilometrədək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədir.

"AeroMobil" uçan avtomobilinin qiyməti 200 min avro təşkil edir. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272