DÜNYA

"Rosneft"in rəhbəri Putinə qarşı çıxdı
11 OKTYABR
328

"Rosneft"in rəhbəri Putinə qarşı çıxdı

2016-10-11 14:32:00

"Neft 1 barrelinin dəyəri 50 dollardan çox olduğu halda, OPEC üzvlərinin hasilatı azaltması inandırıcı görünmür". Bunu "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin Ümumdünya Enerji Konqresində çıxışı zamanı deyib.

"Rosneft" hasilatı azaldacaqmı?" sualına isə şirkət rəhbəri bu cür cavab verib: "Biz bunu niyə etməliyik? Əksinə, biz hasilatımızı artıracağıq". 

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin konqresdə çıxışı zamanı qeyd edib ki, Rusiya neftin qiymətinə dəstək vermək üçün hasilatı azaltmağa hazırdır.üçün hasilatı azaltmağa hazırdır.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272