DÜNYA

Softbank 32 milyard dollarlıq satınalma etdi
21 SENTYABR
156

Softbank 32 milyard dollarlıq satınalma etdi

2016-09-21 09:44:00

Yaponiyanın texnologiya şirkəti Softbank, İngiltərənin mühüm texnologiya şirkətlərindən biri olan ARM-yi 32 milyard dollara satın aldı. Fins.az xəbər verir ki, bu tarixi satışın imzalandığı mərasimə Türkiyənin Marmaris şəhəri ev sahibliyi edib.

ARM şirkətinin sahibi Alok Sama və Softbank-ın müdiri Masayoshi Son, Türkiyədə Marmaris Netsel Marinadakı məşhur bir restoranda texnologiya dünyasının ən böyük satışlarından birinə imza atıblar.

Ağıllı telefon və geyilə bilən cihazlar sektorunun önəmli şirkətlərindən biri olan ARM-nin Yapon Softbanka satılması ilə bağlı olaraq Marmarisdə reallaşan satışın detalları da məlum olub.

17 milyard dollarlıq şəxsi sərvətilə Yaponiyanın ən varlı ikinci iş adamı olan Masayoshi Son, tətilini keçirmək üçün İyul ayında Marmarisə gəlib. Marmaris çox lüks bir oteldə yerləşdirən Yapon iş adamı, İngiltərənin texnologiya şirkəti ARM-yi almaq üçün danışıqlara başlayıb. Danışıqların ardından ARM-nin sahibi Alok Sama təyyarə ilə Dalamana enib, oradan da Marmaris gedib. Onlar Netsel Marinada olan "Pineapple" restoranda görüşərək satış məsələsində razılaşıblar. Masayoshi Son, 32 milyard dollarlıq nəhəng satışdan sonra, ilk dəfə bir restoranda müqavilə imzaladığını açıqlayıb.

32 milyard dollarlıq texnologiya satışına ev sahibliyi edən restoranın sahibi Selin Oral, tarixi müqaviləyə ev sahibliyi etməyin qürurverici olduğunu söyləyərək, "Marmaris hər şeyi ilə bir dünya markasıdır. Ancaq kifayət qədər təbliğ olunmur. Bu kimi böyük təşkilatların regionun təqdimatına çox böyük təkan verəcəyini hesab edirəm" deyib.

İngiltərənin aparıcı şirkətlərindən olan ARM, telefonlardan tost maşınlarına qədər geniş spektr üçün məhsul tədarük edir. Şirkət iPhone üçün Apple-a da hissələr verir.

Yaponiyanın telekommunikasiya nəhəngi Softbank isə son illərdə etdiyi satınalmalarla gündəmdədir. Şirkət ötən dövrdə ABŞ-ın GSM operatorlarından Sprint-i tərkibinə qataraq gündəmə gəlmişdi.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270