DÜNYA

Tokio Ticarət Birjası yeni sistemə keçdi
21 SENTYABR
94

Tokio Ticarət Birjası yeni sistemə keçdi

2016-09-21 08:59:00

Tokio Ticarət Birjası investisiyaların cəlb edilməsinə daha çevik şərait yaradan yeni sistem üzrə fəaliyyətə başlayıb. Bu sistem ticarət saatlarının uzadılmasını nəzərdə tutur.

Birjada xam neft, qızıl və digər məhsulların ticarəti fyuçerslər vasitəsilə aparılır. Lakin son vaxtlar xarici bazarlarda artan rəqabətlə əlaqədar olaraq, günün qızğın saatlarında burada ticarət üçdə bir qədər azalıb.

Sentyabrın 19-dan tətbiq edilən daha çevik yeni sistem nəticəsində birjada iş saatı həmişəkindən 15 dəqiqə tez, 8:45-də başlayır. Gecə sessiyası isə əvvəllər olduğu kimi saat 4-də yox, 5:30-da başa çatır.

Birjanın prezidenti Takamati Hamada bildirib ki, əmtəələrin dövriyyəsinin artması ticarət bazarında sabitliyin möhkəmlənməsinə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272