DÜNYA

“Hardasan, ay böyük Monqolustan?” – Tuqriklər ölkəni defolta çatdırır
24 AVQUST
2060

“Hardasan, ay böyük Monqolustan?” – Tuqriklər ölkəni defolta çatdırır

2016-08-24 14:31:00

Monqol valyutasının kursu son 23 ilin minimum səviyyəsinə düşüb.

Monqolustan ağır iqtisadi böhranla üzləşib. Ölkənin milli valyutası olan tuqriklərin  kursu son 20 ilin minimuna çatıb. Bunun əsas səbəbləri Çinin iqtisadi artım tempinin azalması, ölkənin ixracının əsasını təşkil edən xammalın satış qiymətlərinin düşməsidir. Monqol hökumətinin hesablamalarına görə bu il dövlət borcu 78% artacaq. Ölkə kəskin azalmaqda olan rezervləri nəticəsində defolt təhlükəsi ilə üzləşə bilər.

Bir aydan az müddət ərzində Monqolustan tuqriki rekord səviyyə 1 dollar – 2243.50 tuqrik düşüb.

“Bloomberg” şirkətinin izlədiyi və dünya üzrə ən çox ucuzlaşan (dəyərini itirən) 154 valyuta arasında tuqrik bir aya 7.8% dəyərdən düşüb. 

Yeni 10 illiyin başlanğıcında Monqolustanın gələcəyi tam başqa rənglərdə təsvir olunurdu. Çin tərəfindən Monqolustan xammalına olan tələbət və yüksək bazar qiymətləri ölkə iqtisadiyyatının sürətlə artmasına səbəb oldu. Dünya Bankının hesablamalarına görə Monqolustanın ÜDM göstəriciləri 2011-ci ildə 17.3%, 2012-ci ildə 12.3%, 2013-cü ildə 11.6%, 2014-cü ildə isə 7.89% artıb. Lakin dövlət xərclərinin artması və xarici investisiyaların azalması nəticəsində ölkə iqtisadiyyatı zərbə altına düşdü.

Monqolustanın Maliyyə Naziri Çoyjilsuren Battoqtoxun sözlərinə görə ölkə artıq əmək haqqları və dövlət qurumlarının fəaliyyət xərclərini qarşılaya bilmir. Eyni zamanda ölkənin sərhədlərini qoruyan və milli təhlükəsizliyi təmin edən monqol ordusunun normal funksionallığının təmini üçün belə pul yoxdur. Sosial və tibb, mədəniyyət və idman işçilərinin sahələrində də vəziyyət ürək açan deyil. Məmur rəsmi etiraf etmək məcburiyyətində qaldı ki,  “Ölkəsi hal-hazırda dərin iqtisadi böhran içindədir”. 

Monqolustan əsas ixracı misdən ibarətdir. Misin ucuzlaşması oz dalınca monqol valyutasının məzənnəsini aşağı salıb.

2015-ci il ərzində mis 26% ucuzlaşaraq, bir tonu 4465 dollar qiymətinə düşdu. 2016-cı ildə qiymətlər bir qədər stabilləşdi (bir tonu 4750 dollar) lakin Monqolustan misi ixracının 85% istehlakçısı olan Çində tələbatın azalması müsbət porqnozlara ümid yeri qoymur.

Avrasiya İnkişaf Bankının baş iqtisadiyyatçısı Yaroslav Lisovolikin sözlərinə görə Monqolustan da daxil olmaqla bir çox ölkələrin iqtisadiyyatı xammaldan asılıdır. Mis və qızılın qiymətlərinin kəskin ucuzlaşması, ümumi ölkə iqtisadiyyatına və milli valyutasına mənfi təsir edir. İqtisadiyyatçı onu da əlavə etdi ki, Monqolustandakı vəziyyətin eynisini neft qiymətlərindən asılı olan Venesuelada görmək olar.

“Bloomberg” xəbər verir ki, Monqol partiyasının hakimiyyətə gəlməsindən 6 həftə sonra ölkənin milli valyutası kəskin ucuzlaşdı və iqtisadi böhran başladı. Digər tərəfdən də Monqolustanın investisiya sahəsinə aid ağır qanunları və qeyri-stabil siyasət kursu da xarici investorları ölkədən uzaq saxlayır. 

Eyni zamanda ölkənin milyardlarla dollar borcları var.

Ümumilikdə Monqolustanın dövlət borcu 5 milyard dollara çatıb.

Bir müddət öncə ölkə rəhbərliyi 2018-ci ildə borcun 500 milyonluq hissəsini, qalanını isə 2022-ci ildə ödəyəcəyini bildirmişdir. Monqolustan İnkişaf Bankı 2017-ci ildə borcun 580 milyon dollarını ödəməyi nəzərdə tutub.

Monqolustanın valyuta rezervləri isə azalmağa davam edir. Mərkəzi Bankın dərc etdiyi məlumat əsasən bu gün üçün rezerv 1.3 milyard dollar həcmindədir. 2015-ci ilə nisbətdə rezervin həcmi 23.1% azalıb.

Bir müddət öncə Monqol Xalq Partiyası seçicilərinə vəd etdi ki, ÜDM-nin 78%-nə çatmış dövlət borcunun azaldımasını çalışacaq. İndi isə hokumətin əsas məqsədi defoltun qarşısını almaqdır. Monqulustanın Baş naziri Erdenebat Jarqaltulqa artıq iqtisadiyyatın bərpası planını təqdim edib. Plana görə maaşların və borcların azaldılması, xarici investisiyaların cəlb olunması şurasının işinin təkmilləşdirilməsi nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274