DÜNYA

İnvestorlar bu gün FED-in protokolunun yayımlanmasını gözləyirlər
17 AVQUST
294

İnvestorlar bu gün FED-in protokolunun yayımlanmasını gözləyirlər

2016-08-17 12:24:00

Son bir həftədir dolların dünya valyuta birjalarında ucuzlaşması yenidən sürətlənib. Dolların dünya bazarlarında ucuzlaşması, digər valyutaların dəyər qazanmasına təsir edir. Eyni zamanda, bu gün Amerika sessiyasında da dolların dünya birjalarında qiymətində güclü hərəkətlilik gözlənilir.

Son bir həftədir dolların dünya valyuta birjalarında qiymətinin ucuzlaşması sürətlənib. Dolların dünya bazarlarında ucuzlaşması, digər valyutaların dəyər qazanmasına təsir edir. Eyni zamanda, bu gün Amerika sessiyasında da dolların dünya birjalarında qiymətində güclü hərəkətlilik gözlənilir.

ABŞ iqtisadiyyatı ilə bağlı göstəricilərin pis açıqlanması dolların dünya bazarlarında dəyər itirməsinə səbəb olur. Dünya bazarlarında enerji qiymətlərinin aşağı olması Amerikada istehlak qiymətlərini də təzyiq altında saxlayır. Amerikanın statistika idarəsinin iyul ayı üzrə açıqladığı məlumatlarda, Amerikanın ixrac və idxal qiymətlərində artım sürətinin azaldığı müşahidə edilir. Bu tendensiyadan ölkənin daxili sənaye sektoru da əziyyət çəkir və  istehsal olunmuş məhsulların qiymətlərini iyul ayında 0.4% azaltmaqla, gəlirliklərini də azaltmış olurlar. Ölkənin daxili bazarında gəlirliliyin azalması istehlak dövriyyəsinə də mənfi təsir edir. Belə ki, iyul ayında pərakəndə satış dövriyyəsində artım olmayıb. Amerika iqtisadiyyatında müşahidə olunan cari vəziyyət FED-in inflyasiya hədəfinə (2.0%) çatmağına da mane olur və illik istehlak qiymətləri indeksi iyul ayında 1.0%-dən 0.8%-ə kimi azalıb. 

Dollar indeksi keçən ay son 4 ayın maksimum səviyyəsi sayılan 97.57 punkta kimi bahalaşdıqdan sonra, cari ay ərzində sürətlə ucuzlaşmağa başlayıb. Artıq dolların dünya birjalarında indeksi cari ay ərzində 94.43 punkta kimi 3.2% ucuzlaşıb.

EUR/USD cütlüyü isə bahalaşaraq, avqust ayının maksimum səviyyəsini yeniləyib. Çərşənbə axşamı 1.1322$-a kimi bahalaşan cütlük üzrə qiymət qismən korreksiyaya başlayıb. Hal-hazırda 1.1270$ ətrafında ticarət olunan avro/dollar cütlüyünün qiyməti 1.1322$-ı yenidən yuxarı istiqamətdə qırarsa, 1.1370$-a kimi bahalaşa bilər. Əks təqdirdə, qiymət 1.1205, 1.1134 və hətta 1.1083$-a kimi ucuzlaşa bilər.

ABŞ dollarının Türk lirəsinə nisbətən qiyməti isə ucuzlaşmaqda davam edir. Artıq 2.91 TL-ə kimi ucuzlaşan cütlük üzrə qiymət 2.90 TL-ə kimi ucuzlaşa bilər. Lakin qiymətin təqribən son 1 aydır sürətli ucuzlaşmasını nəzərə alaraq, qiymət qismən bahalaşamağa başlaya bilər. Bahalaşma isə 2.94, 2.97 və 3.02 TL-ə kimi ola bilər.

Bu gün maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək önəmli statistik məlumatlar açıqlanmasa da, ABŞ Federal Ehtiyat Sisteminin iyul ayı üzrə toplantı protokolu yayımlanacaq. Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq protokol FED-in pul-kredit siyasəti ilə bağlı qərarını və ABŞ iqtisadiyyatı ilə bağlı gələcək gözləntilərini dəqiq qiymətləndirə bilmək üçün çox önəmlidir və investorlar tərəfindən böyük maraqla gözlənilir.

Mənbə: İnvest.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275