DÜNYA

"BREXİT"in ABŞ iqtisadiyyatına mənfi təsirləri
12 AVQUST
233

"BREXİT"in ABŞ iqtisadiyyatına mənfi təsirləri

2016-08-12 17:51:00

İyul ayında Amerikanın pərakəndə satış sektoru dövriyyəsində artım müşahidə olunmayıb. Eyni zamanda, istehsalçılar tərəfindən satılan məhsulların qiyməti də ucuzlaşıb. 

 
Fins.az bu barədə İnvest.az-a istinadən xəbər verir ki, iyul ayında Amerikanın avtomobil satışında dövriyyə artsa da, digər pərakəndə satış dövriyyəsində dəyişiklik müşahidə olunmayıb. Eyni zamanda, istehsalçılar tərəfindən satılan məhsulların qiyməti də düşüb. 

Amerikanın milli statistika idarəsinin cümə günü verdiyi məlumata görə, Amerikanın pərakəndə satış dövriyyəsində iyul ayında dəyişiklik müşahidə olunmayıb. Lakin avtomobil satışları istisna olmaqla, dövriyyə 0.3% azalıb. 

İnflyasiyanın hesablanmasında önəmli rol oynayan istehsalçı qiymət indeksi isə iyul ayında 0.4% azalıb və illik göstəricinin (+0.3)%-dən (-0.2)%-ə kimi azalmasına səbəb olub. İstehsalçı qiymət indeksi istehsalçılar tərəfindən satılan məhsulların qiymətindəki dəyişikliyi ölçür.

Qeyd etmək lazımdır ki, iyun ayının 23-ü Böyük Britaniyada BREXIT referendumu keçirilmişdir və referendumun nəticələrinə görə Böyük Britaniya Avropa Birliyindən çıxacağı qərarını verdi. Məhz bu hadisənin dünya iqtisadiyyatına təsirini öyrənmək üçün isə bazar iştirakçıları və xüsusilə də investorlar iyul ayı üzrə statistik göstəriciləri böyük maraqla izləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272