DÜNYA

Məmurların milyonluq avtomobilləri "qəpik-quruşa" satışa çıxarıldı - FOTO
05 İYUL
1562

Məmurların milyonluq avtomobilləri "qəpik-quruşa" satışa çıxarıldı - FOTO

2016-07-05 13:07:00

Çin hökuməti uzun müddət istismar olunmuş zirehli "Mercedes-Benz S-Class Pullman"ı satışa çıxarıb.

Fins.az baku.ws-ə istinadən bildirir ki, sözügedən avtomobillərə məmurlar tərəfindən tələb azaldığı üçün hökumət belə bir addım atıb. "S500" və "S600 eksklüziv modellər qarajda və dayanacaqlarda saxlanılır və artıq üzərini toz basıb. 

Bu avtomobillərin hər biri müştərinin tələblərinə uyğun olaraq sifariş edilib. Amma modellərin əksəriyyəti adi limuzin funksiyaları ilə təchiz olunub. "Shanghai Jinjiang Automobile Service" şirkəti bu avtomobilləri əlavə olaraq televizor və soyuducularla təchiz edib və buna görə modellər "Dynasty 1000" adını alıb.

Avtomobillərin satış qiyməti 76 000 - 96 000 dollar arasında dəyişir. Bu qiymət nadir nüsxələr üçün inanılmaz dərəcədə aşağı qiymətdir. Qiyməti yarım milyondan baha olan "qoca" "Pullman"lara tələbat yoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272