DÜNYA

Heç bir iş görmədən maaş almaq olarmı?
30 MAY
726

Heç bir iş görmədən maaş almaq olarmı?

2016-05-30 13:40:00

Dünyanın milli gəliri ən yüksək ölkələrindən biri olan İsveçrə, "şərtsiz maaş" layihəsini referenduma çıxartmağa hazırlaşır. Fins.az "Marja"ya istinadən xəbər verir ki, mütəxəssislər bu planın mümkünlüyü məsələsində ikiyə bölünmüş vəziyyətdədir.

Dünya Bankının məlumatlarına görə, adambaşına düşən milli gəlirin 88 min dolları aşdığı İsveçrədə vətəndaşlara işləsin, ya da işləməsin illik 30 min frank (30 min 275 dollar) maaş verilib verilməməsi məsələsi 5 İyundakı referendumda səsverməyə çıxardılacaq. İşsizlik nisbətinin 3,6% olduğu İsveçrədə son sorğular göstərir ki, referendumda "Xeyr" deyənlərin faizi 71%-ə yaxın ola bilər. Hökumət məlumatlarına görə isə, proqramın xərci 208 milyard frank olacaq. Bu, ölkənin illik federal xərcindən təxminən üç dəfə çoxdur.

Ölkədə siyasətçilər, işçilərin həmkarlar ittifaqları da planın həyata keçirilməsində ikiyə ayrılmış vəziyyətdədir.

İsveçrə kabinetindəki Sosial Demokratlardan Alen Berset, planı "utopiya" olaraq xarakterizə edib. Berset, "Şərtsiz gəlir" riskli bir təcrübə. Parlamentin bu gəliri necə müəyyənləşdirəcəyi və vəsaitin haradan alınacağı aydınlaşmış deyil" deyib.

Həmkarlar ittifaqı lideri Vania Alleva da "şərtsiz maaşa" tənqidi yanaşdıqlarını söyləyərək İsveçrənin oturmuş bir sosial sisteminin olduğunu və belə radikal bir dəyişikliyə ehtiyac olmadığını ifadə edib.

Bənzər şəkildə İsveçrə enerji şirkəti ABB-nin  İcraçı direktoru Ulrich Spiesshofer də ehtiyacı olanlar üçün müəyyən dəstək verilməsinin lazım olduğunu, ancaq iqtisadi dəyər yaratmağın iqtisadi mükafatlarının da olması lazım olduğunu müdafiə edib.

TEXNOLOJİ PROSESLƏR İŞSİZLİK MAAŞINI DAHA VACİB EDİR

Son illər texnoloji proseslərin əmək bazarında yaratdığı "erroziya"ya görə, işsizlik maaşı daha çox gündəmə gəlir. Ümumi daxili məhsul və əhali gəlirləri arasında fərqin getdikcə böyüməsi orta sinif böhranlarının yaranmasına səbəb olur, xalqın da bu bərabərsizliyə reaksiyası gedərək artır.

SÜRÜCÜSÜZ AVTOMOBİLLƏR MİLYONLARLA İNSANI İŞSİZ QOYACAQ

Sürixdə keçirilən bir texnologiya zirvəsində çıxış etmiş ABŞ Xidmət Sektoru İşçiləri Beynəlxalq Həmkarlar İttifaqlarının keçmiş sədri Endi Stern, sürücüsüz avtomobil texnologiyasının milyonlarla insanı işsiz qoyacağını söyləyərək "Dünya tarixinin görəcəyi ən böyük işsizliiyə" yaxınlaşmaqda olduğumuzu qeyd edib.

Klinton dövründə ABŞ-ın Əmək Naziri işləmiş,Kaliforniya Universitetinin professoru Robert Reich, rəqəmsal inqilabın iqtisadi etimadsızlıq və bərabərsizliyi artırdığını deyib.

Eyni zirvəyə qatılan MIT Professoru Erik Brynjolfsson daha nikbin bir münasibətlə texnologiyanın hələ də bir insan əsəri olduğunu və yaxşı idarə edilərsə çox böyük fayda verəcəyinə qeyd edib. Brynjolfsson, "Üsyanlara, şiddətə və şirkətlərin süqutuna şahid oluruq. Ancaq bu, iqtisadiyyatımız və siyasi sistemimizin hələ bu dünyaya adaptasiya olmamasından qaynaqlanır" deyib.

TEXNOLOJİ İNQİLABIN ÖHDƏSİNDƏN GƏLMƏK LAZIMDIR

Artistləri, istehsalçıları və ticarətçiləri dəstəkləyən İngiltərənin "RSA" şirkətinin rəhbərlərindən Metyu Teylor, İsveçrənin referenduma çıxardacağı "şərtsiz maaşla" bağlı yaydığı araşdırmasında ölkələrin texnoloji inqilabın öhdəsindən gəlməsi üçün inovatif həll tapması lazım olduğunu söyləyib. Daha çevik iş saatları, yarı zamanlı işlər, ailə icazələri kimi mövzulara üstünlük verilməsi lazım olduğunu deyən Teylor, "şərtsiz maaşın" "çox çalışan" ilə "işləməyən" arasındakı fərqin öhdəsindən gəlməyə kömək edəcəyini bildirib.

İSVEÇRƏ İLK DEYİL

İşsizlik maaşı ədəbiyyata İsveçrənin qərarı ilə girmiş bir termin deyil. Braziliya, Kanada, Finlandiya, Hollandiya və Hindistanda da milli və yerli hakimiyyətlər oxşar əməliyyatlara gedir.

Tarixi əsrlər əvvələ söykənən "heç bir şey" qarşılığında əməkhaqqı ödənməsi fikri, 20-ci əsrdə ən böyük dəstəyi Harvard Universitetinin iqtisad professoru John Kenneth Galbraith və 60-cı illərin insan haqları liderlərindən Martin Luther Kinq kimi adlardan alıb. 1970-də dövrün ABŞ Prezidenti Riçard Nikson, "Ailə Dəstək Planı" çərçivəsində neqativ gəlir vergisini tətbiq etmək fikrində olmuş, lakin plan, senatdan keçməmişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274