DÜNYA

İçkili sürücüləri ölüxanaya göndərəcəklər
12 APREL
492

İçkili sürücüləri ölüxanaya göndərəcəklər

2016-04-12 13:00:00

Tailand məhkəmələri bayram ərəfəsində sükan arxasında tutulan içkili sürücüləri 15 gün müddətinə  xəstəxana morqlarında ictimai-faydalı əməklə cəzalandıracaqlar.

Fins.az faktxəbər.com-a istinadən bildirir ki, Tailand milli polisindən polkovnik Krianqdet Çantharavonq bu addımı atmaqda məqsədin sürücülərin içkili halda sükan arxasında oturmalarının nə ilə nəticələnəcəyini tam dərk etmələri olduğunu bildirib.
 
Qeyd edək ki, aprelin 10-17 ərəfələrində Tailandda  Sonqkran adlanan Yeni il bayramı keçirilir. İnsanlar ən yaxın qohum-əqrəbalarının yanında bayramı qeyd etmək üçün bu müddət ərzində Tailanddan çıxaraq öz "kiçik vətənlərinə" yollanırlar. Avtomobil, avtobus və motosikllərlə həyata keçirilən kütləvi "yürüş" hər il 10-17 apreli "ölümcül təhlükəli həftə"yə çevirir. Bu zaman ölkədə saatda 2-3 nəfər həlak olur, 160 nəfər isə yaralanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272