DÜNYA

Türkiyə Mərkəzi Bankının rəhbəri dəyişdi
11 APREL
430

Türkiyə Mərkəzi Bankının rəhbəri dəyişdi

2016-04-11 19:09:00

Türkiyə Mərkəzi Bankının rəhbəri dəyişdi. Fins.az-ın milliyet.com.tr saytına istinadən məlumatına görə, aprelin 19-da vəzifə səlahiyyətləri bitən Erdem Başçının yerinə Mərkəzi Bankın hazırkı sədr müavini Murat Çetinkaya təyin edilib. Bunu baş nazirin köməkçisi Numan Kurtulmuş açıqlayıb. 

Vəzifə salahiyyətləri aprelin 30-da sona çatacaq Türkiyə Mərkəzi Bankının üzvləri Əhməd Faruk Aysan və Səbri Meşə isə yenidən bu vəzifəyə seçiliblər. Onlar may ayının 1-dən etibarən 3 il müddətində yenidən bu vəzifədə çalışacaqlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272