BÜDCƏ

Naxçıvan iqtisadiyyatı 1,4% böyüyüb
25 SENTYABR
113

Naxçıvan iqtisadiyyatı 1,4% böyüyüb

2019-09-25 10:04:00

Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR-da 1 803,67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM isə 1,9% artaraq 3 945 manat olub.

Naxçıvan iqtisadiyyatında ilk yeri sənaye tutur. Bu sahədə 742,933 milyon manatlıq ÜDM istehsal edilib ki, bu da illik müqayisədə 1,2% çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır