BÜDCƏ

Prezidentin Ehtiyat Fondunun 2018-ci ildə xərcləri proqnozlaşdırılandan 1 faiz az olub
20 MAY
261

Prezidentin Ehtiyat Fondunun 2018-ci ildə xərcləri proqnozlaşdırılandan 1 faiz az olub

2019-05-20 19:23:00

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun xərcləri proqnozlaşdırılandan 1 faiz az olub.  

Fins.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Keçən ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun proqnozlaşdırılan xərcləri 304 milyon manat olsa da, icra olunan xərclər 2 milyon 946,2 min manat az, 301 milyon 53,8 min manat olub. Bununla belə, bu, 2017-ci illə müqayisədə 103 milyon 553,6 milyon manat, yəni 52,4 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun 2017-ci ildə  xərcləri 197 milyon 500,2 min manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır