BÜDCƏ

2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır
12 İYUN
433

2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır

2018-06-12 15:00:00

 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22 mlrd. 110 mln. manat, xərcləri isə 23 mlrd. 61 mln. manat nəzərdə tutulur. 

Fins.az xəbər verir ki, 2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 29,6%-ni təşkil etməklə 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır. 

Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 mlrd. 983 mln. manat və ya 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 593,3 mln. manat və ya 33.9% çoxdur.

Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5.8 faiz bəndi çoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250