BÜDCƏ

Sabah Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq
21 MAY
153

Sabah Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq

2018-05-21 11:19:00

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Fins.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin sabah – mayın 21-də keçiriləcək iclasında müzakirə ediləcək.

Belə ki, komitə tərəfindən 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxılacaq.

Bundan əlavə komitənin sabahkı iclasında “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272