BÜDCƏ

Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb
16 MAY
95

Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb

2018-05-16 15:13:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 619,9 mln. manat, xərcləri 5 966 mln. manat təşkil edib.

Büdcənin icrasında 653,9 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 2,8%-i qədər profisit yaranıb.

Eləcə də bax: Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,1% artaraq 4563,4 mln. manata, xərcləri isə 12,7% artaraq 4408,0 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 155,4 mln. manatlıq profisit ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276