BÜDCƏ

İlham Əliyev 9,6 milyon manat ayırdı
07 MAY
381

İlham Əliyev 9,6 milyon manat ayırdı

2018-05-07 18:21:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ağdaş rayonunun Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil–Kotanarx–Cardam–Tofiqi–Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,6 milyon (doqquz milyon altı yüz min) manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277