BÜDCƏ

"Azərbaycan gələn il 1,4 milyard manat borc alacaq"
07 NOYABR
155

"Azərbaycan gələn il 1,4 milyard manat borc alacaq"

2017-11-07 13:39:00

Gələn il xarici maliyyə institutlarından cəlb ediləcək kreditlərin məbləği məlum olub. Azərbaycan gələn il xarici maliyyə institutlarından 1,4 mlrd. manat cəlb edəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 mlrd. 362 mln. manat kreditlər hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək. 

Maliyyə naziri əlavə edib ki, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 mlrd. 771 mln. manat vəsait nəzərdə tutulub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291