BÜDCƏ

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi – AÇIQLANDI
14 İYUN
359

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi – AÇIQLANDI

2017-06-14 17:12:00

Bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5671,7 mln. manat və ya əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 3,2% az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, vəsaitin 3663,5 mln. manatı neft sektoruna, 2008,2 mln. manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 73,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 82,9%-i məhsul istehsalı obyektlərinin, 11,9%-i xidmət sahələri üzrə obyektlərin, 5,2%-i isə ümumi sahəsi 629,7 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 37,3%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,4%, bank kreditləri 12,0%, büdcə vəsaitləri 11,2%, əhalinin şəxsi vəsaitləri 4,5%, büdcədənkənar fondların vəsaitləri 1,4%, sair vəsaitlər isə 0,5% təşkil edib. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297