BÜDCƏ

Ölkədən çıxışı qadağan olunanlar 1000 nəfəri keçib – SİYAHI
10 OKTYABR
570

Ölkədən çıxışı qadağan olunanlar 1000 nəfəri keçib – SİYAHI

2016-10-10 18:02:00

Vergilər Nazirliyi vergi borcunu ödəmədiyinə görə, ölkədəq çıxışına məhdudiyyət qoyulan şəxslərin yeni siyahısını açıqlayıb. Fins.az-ın məlumatına görə, siyahıda ümumilikdə 1022 nəfər yer alıb. Bura vergi borcunu ödəməyən fiziki şəxslər, vergi borcu olan hüquqi şəxslərin rəhbərləri, eləcə də borcu 20 min manatdan artıq olan şəxslər və onların nümaynədələri aiddir.

Nazirliyin açıqladığı siyahıya görə, hazırda 569 nəfər fiziki şəxs vergi borcunu ödəmədiyinə görə, onların ölkədən çıxışına məhududiyət qoyulub. Həmin siyahı ilə buradan tanış olmaq mümkündür.

Bundan başqa, nazirliyin qərarı ilə vergi borcuna görə, 373 hüquqi şəxsin icra orqanının rəhbərinə ölkədən çıxmaq qadağan olunub. Həmin şəxslərin syahısı ilə buradan tanış olmaq mümkündür.

Nəhayət, nazirlik 20.000 manatdan çox məbləğdə vergi borcunu ödəməkdən yayındırdıqlarına görə barələrində açılmış cinayət işi məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Bu siyahıya 67 şirkətin nümaynədəsi və 13 fiziki şəxs daxildir. Həmin şəxslərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271