BÜDCƏ

«Tax-free»dən hələlik ən çox ərəblər faydalanır – VİDEO
04 OKTYABR
283

«Tax-free»dən hələlik ən çox ərəblər faydalanır – VİDEO

2016-10-04 17:04:00
İndiyədək Azərbaycana gələn turistlərə  «Tax Free» sistemi üzrə 399 min manatdan artıq vəsait qaytarılıb. Bu barədə fins.a-a açıqlamasında Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva bildirib. Onun sözlərinə görə, ölkəyə turistlərin səfərləri davam etdiyindən bu rəqəm hər gün yenilənir. Sistemin yeni tətbiq edilməsinə baxmayaraq bu sistemlə maraqlanan və ondan istifadə edən turistlərin sayı artmaqdadır. 
S.Musayevanın sözlərinə görə, Azərbaycanda «Tax Free» xidməti avtomatikləşdirilmiş şəkildə qurulduğuna görə, sistemidən istifadə etməyə görə, sənədləşmə minimum səviyyədədir, bu da turistlərin işini asanlaşdırır: «Turistlər bu zaman yalnız hesab-faktura alırlar, sonrakı bütün əməliyyatlar da bu sənəd əsasında həyata keçirilir». 
Qeyd edək ki, «Tax-Free» sistemindən o turistlər istifadə edə bilər ki, onlar alqısatqıdan sonra 90 gün ərzində ölkəni tərk etsinlər. S.Musayeva bildirib ki, turistlər yalnız ölkədən çıxdıqda ƏDV onlara qaytarılacaq.  Nazirlik nümaynədəsinin sözlərinə görə, indiyədək «tax-free» sistemindən ən çox Yaxın Şərq, Avropa və Asiya ölkələrinin vətəndaşları istifadə ediblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275