BÜDCƏ

Əsas kapitala yönəldilən vəsaitin - HƏCMİ AÇIQLANDI
16 SENTYABR
201

Əsas kapitala yönəldilən vəsaitin - HƏCMİ AÇIQLANDI

2016-09-16 11:17:00
2016-cı ilin yanvar-avqust aylarında əsas kapitala 8 mlrd. 999,1 mln. manat məbləğində vəsait yönəldilib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 7 mlrd. 275,2 mln. manatı və ya 80,8%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 363,4 mln. manatı (15,2%-i) xidmət sahələri üzrə obyektlərin, 360,5 mln. manatı (4%-i) isə ümumi sahəsi 1011,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 mlrd. 424 mln. manatını və ya 38%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 6 mlrd. 408,5 mln. manatı və ya 71,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272