BÜDCƏ

Gömrük rüsumundan 5 illik imtiyaz aldı
08 AVQUST
323

Gömrük rüsumundan 5 illik imtiyaz aldı

2016-08-08 12:56:00

Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentləri İqtisadiyyat Nazirliyinin təsdiq edici sənədlər olduqda, ixrac-idxal əməliyyatları zamanı gömrük rüsumunun ödənişindən azad olunurlar. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Avqustun 2-də Nazirlər Kabineti müvafiq qərarını təsdiq edib.

Qərara əsasən, rezidentlər üçün bu güzəştlər 1 may 2016-cı il tarixindən qüvvəyə minib və 5 il müddətinə nəzərdə tutulub.

2015-ci ilin iyun ayında Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qaradağ Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.

Qaradağ Sənaye Parkına ümumi investisiyalar 450 mln. manat təşkil edib.Həmin layihələr çərçivəsində 2 min iş yeri açılıb. 

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275