BÜDCƏ

ƏDV-nin dərəcəsi və tətbiq qaydası dəyişir - MÜHÜM DƏYİŞİKLİK
04 AVQUST
2896

ƏDV-nin dərəcəsi və tətbiq qaydası dəyişir - MÜHÜM DƏYİŞİKLİK

2016-08-04 19:07:00

Azərbaycanda vergi yükü azaldılacaq. Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub.

Sərəncama əsasən, vergi yükü azaldjılacaq, vergi inzibatçıdığı isə yüngülləşdiriləcək.

Əsas dəyişikliklərdən biri ƏDV-nin tətbiqi ilə bağlıdır. Belə ki, sərəncama əsasən kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab ediləCƏK. Vergi də həmin məbləğdən hesablanacaq. Sərəncama əsasən bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək.
Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271