BÜDCƏ

"Azərbaycanda iqtisadi vəziyyət bir qədər yaxşılaşacaq" - VALYUTA FONDU
01 İYUN
170

"Azərbaycanda iqtisadi vəziyyət bir qədər yaxşılaşacaq" - VALYUTA FONDU

2016-06-01 08:56:00

Neft qiymətlərinin kəskin azalmasına Azərbaycan hökuməti çevik reaksiya verib və iki mərhələdə manatın devalvasiyasını həyata keçirib. Bunu açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəsi Məhəmməd əl-Qorçi deyib.
"Təbii ki, devalvasiyalar iqtisadiyyata neqativ təsir edib. Amma ilin ikinci yarısından etibarən neft qiymətlərinin son zamanlar artması fonunda iqtisadi vəziyyətin bir qədər yaxşılaşacağını, tədiyyə balansının, cari hesabın normallaşacağını proqnozlaşdırırıq", - deyə M.əl-Qorçi qeyd edib.
BVF rəsmisi Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyduğunu xatırladaraq əlavə edib ki, neft qiymətlərinin azalması iqtisadiyyata xarici şok kimi təsir edib: "Ölkənin yeni iqtisadi modelə keçid edəcəyini gözləyirik. Yeni iqtisadi modelin özəl sektor və iqtisadi islahatlarla dəstəklənəcəyinə ümid edirik. İslahatlar həmçinin bank sektorunu da əhatə edəcək. BVF olaraq islahatların keçirilməsində Azərbaycan hökumətinə tövsiyə və məsləhətlərimizi verməyə hazırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270