BİZNES

Əlil ailə üzvü olan şəxslər gəlir vergisindən azaddır?
17 SENTYABR
178

Əlil ailə üzvü olan şəxslər gəlir vergisindən azaddır?

2019-09-17 10:34:00

Əlil ailə üzvü olan şəxsin əməkhaqqısı gəlir vergisindən azaddır? Fins.az-ın məlumatına görə, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində gəlir vergisindən azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır