BİZNES

Dünya Bankının Azərbaycan iqtisadiyyatıyla bağlı proqnozları
07 İYUN
148

Dünya Bankının Azərbaycan iqtisadiyyatıyla bağlı proqnozları

2019-06-07 10:26:00

 Dünya Bankı 2019-cu ildə Azərbaycanda Ümumi Daxili Məhsulun artım proqnozunu 3,3% səviyyəsində saxlayıb. Fins.az xəbər verir ki, bu barədə bankın “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun ayının hesabatında məlumat verilir.Məlumatda bildirilir ki, DB 2020-ci ildə Azərbaycanda ÜDM-in artım templərinin 3,5%-dək, 2021-ci ildə - 3,7%-dək sürətlənməsini təsdiq edib. Qeyd edilir ki, “Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda ən güclü olaraq qalır. Yaxın illərdə ölkənin iqtisadi artımı yeni qaz kəmərinin istifadəyə verlməsi ilə (Avropaya qaz tədarqükü üçün TAP-ın - İF) sütrətlənəcək”, - bank qeyd edir. Eyni zamanda, DB vurğulayır ki, yaxın illərdə Azərbaycanın maliyyə sektorunda kreditləşmənin artımı zəif olaraq qalacaq. Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8%, 2021-ci ildə isə 3,6% artacağını gözləyir. 2018-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,4%, orta illik inflyasiya – 2,3% təşkil edib. 

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır