BİZNES

Nazir Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayını açıqlayıb
15 MART
247

Nazir Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayını açıqlayıb

2019-03-15 13:56:00

Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artmaqdadır. Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.“Ölkədə 1 023 İran şirkəti qeydiyyatdan keçib. Ötən dövrdə İran investorları tərəfindən Azərbaycana 3,4 mlrd. dollardan artıq sərmayə yatırılıb. Azərbaycan iş adamları da İranın iqtisadiyyatına investisiyalar yatırırlar. Əlbəttə, ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən birini ticarət təşkil edir. Ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, 2018-ci ildə ticarət dövriyyəsində 74% artım müşahidə edilib (446 mln. dollar). Təbii ki, bu artımı müsbət qiymətləndiririk, lakin mövcud potensialı nəzərə alaraq, əsas hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdən ibarətdir”, - deyə nazir bildirib.Ş. Mustafayev onu da əlavə edib ki, ikitərəfli əməkdaşlıqda uğurlu gələcək vəd edən, böyük potensiala malik olan istiqamətlərdən biri də nəqliyyat-tranzit sahəsidir: “Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və verilən tapşırıqların icrası nəticəsində bu sahədə mühüm irəliləyişlərə nail olunub”.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269