BİZNES

Sahibkarların bank depozitləri nə qədər artıb?
05 MART
147

Sahibkarların bank depozitləri nə qədər artıb?

2019-03-05 17:41:00

Fins.az-ın məlumatına görə,2019-cu ilin yanvar ayında hüquqi şəxslərin banklara etibar etdiyi depozitlərin məbləği ötən ilin sonu ilə müqayisədə 255,2 milyon manat artaraq 10 milyard 566,7 milyon manata çatıb. 2018-ci ilin dekabrında bu göstərici 10 milyard 311,5 milyon manat olmuşdu.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına əsasən, bu müddətdə fiziki şəxslərin depozitlərində azalma olub. 2018-ci ilin sonunda həmin vəsaitlər 8 milyard 269,7 milyon manat olduğu halda, bu ilin yanvarın sonunda 7 milyard 980,7 milyon manata enib. Azalma depozitlərin ümumi həcmində də müşahidə edilib. 2018-ci ilin sonuna banklarda olan cəmi depozitlər 18 milyard 581,2 milyon manat, bu ilin yanvar ayının sonuna isə 18 milyard 547,4 milyon manat təşkil edib.

Öhdəliklər 31.01.2019
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) 18.547,4
1.1 Fiziki şəxslərin depoziti 7.980,7
1.1.1 müddətli 5.500,1
1.1.2 tələbli 2.480,6
1.2 Hüquqi şəxslərin depoziti** 10.566,7
1.2.1 müddətli 1.756,9
1.2.2 tələbli***, o cümlədən 8.809,8
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 95,2
2. Mərkəzi Bankın banklara qarşı tələbləri 369,5
3. Loro hesablar 280,5
4. Maliyyə institutlarının depozitləri 1.160,2
5. Bankların kreditləri 87,1
6. Digər maliyyə institutlarının kreditləri 2.008,4

 

 

Öhdəliklər 31.12.2018
1. Depozitlər (maliyyə institutları istisna olmaqla) 18.581,2
1.1 Fiziki şəxslərin depoziti 8.269,7
1.1.1 müddətli 5.479,0
1.1.2 tələbli 2.790,7
1.2 Hüquqi şəxslərin depoziti** 10.311,5
1.2.1 müddətli 1.449,7
1.2.2 tələbli***, o cümlədən 8.861,8
- sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 105,7
2. Mərkəzi Bankın banklara qarşı tələbləri 384,7
3. Loro hesablar 191,1
4. Maliyyə institutlarının depozitləri 1.126,2
5. Bankların kreditləri 87,5
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264