BİZNES

LC Waikiki:"Həftəlik endirimlərlə yanaşı 50%-dək endirim kampaniyası başlayıb"
03 YANVAR
1529

LC Waikiki:"Həftəlik endirimlərlə yanaşı 50%-dək endirim kampaniyası başlayıb"

2019-01-03 14:59:00

Azərbaycan geyim bazarının liderlərindən biri olan LC Waikiki markasının təmsilçililiyi bu məhşur geyim markasının ölkəmizdə fəaliyyət prinsipləri və əhaliyə xidmət strategiyası ilə bağlı Fins.az-ın suallarını cavablandırıb. 

1.LC Waikiki-nin müştərilərlə münasibətdə əsas prinsipi nədir?

LC Waikiki ölkəmizdə geyim və moda sektorunda aparıcı mövqeyə malikdir.Biz LC Waikiki kollektivi olaraq “Müştəri məmnuniyyəti hər şeydən üstündur” -prinsipini daim ön planda tuturuq. Buna görədə çalışırıq ki, peşəkar dizayner qrupu və biznes tərəfdaşlarımız ilə müştərilərimizə əlverişli və yüksək keyfiyyətli məhsullar təqdim edərək xidmət göstərək.

2.LC Waikiki təqdim etdiyi geyimlərin çeşitlərinin müəyyən olunmasında hansı üsullardan istifadə edir?

LC Waikiki 100.000-dən çox geyim çeşidini özündə əhatə edən həm qadın,həm kişi və eyni zamanda həm də uşaqlar üçün moda kolleksiyasıdır.Təbii ki,geyim seçərkən dəbə uyğun və xüsusi ilə də  müştəri təlabatı əsas götürülməlidir.

3.LC Waikiki-nin müştəriləri əsasən hansı yaş kateqoriyasına aiddir?

Mağazalarımızdan 0 yaşdan yuxarı istənilən  yaş təbəqəsini əhatə edən hər zövqə uyğun istənilən dizaynda geyimlər əldə edə bilərsiniz. Brendimizə məxsus bütün geyimlər  Sağlıq labaratoriyasında ekoloji testdən keçirilib,İSO sertifikatına uyğun istehsal edilir.Buna görədə həm özünüzə,həm də körpələrinizə geyim alarkən ekoloji cəhətdən tam təmiz  geyim əldə etdiyinizə əmin ola bilərsiniz.

4.LC Waikikini Azərbaycanda əksər hallarda orta təbəqənin seçdiyi marka adlandırmaq olar?

LC  Waikikinin təklif etdiyi qiymətlər və ceşidlərə nəzər salsaq  digər brendlərdən fərqli olaraq daha əlçatan olduğunun şahidi olarıq.Xüsusi ilə qeyd etmək istərdik ki  LC Waikikinin özəlliklərindən biridə daha keyfiyyətli geyimləri  hər  ailənin büdcəsinə uyğun və sərfəli qiymətə təklif etməsidir.

5.LC  Waikikidə endirim tətbiq olunan zaman hansı prinsiplər əsas götürülür?

    LC Waikikidə hər həftə geyimlərə heç bir insan faktoru olmadan avtomatik sistem üzərindən müasir texnologiya vasitəsi ilə endirimlər tətbiq edilir. Hal-hazırda mağazalarımızda  həftəlik endirimlərlə yanaşı  50%-dək endirim kampaniyası başlamışdır.Hər bir kəsi kompaniyamızdan yararlanmağa dəvət edirik.

6.LC Waikiki Azərbaycanın başqa regionunda yeni mağazalar açmağı planlaşdırısınız?

    Bakı  şəhərində  Neftçilər metro stansiyası yaxınlığı , Əcəmi metro stansiyası yaxınlığı, Dəmiryol Vağzalı, Nizami küçəsi, 28Mall alış-veriş mərkəzi,Gənclik mall alış-veriş mərkəzi,Metropark ticarət və əyləncə mərkəzi daxil olmaqla 8 mağazamız olmaqla Gəncə şəhərində 2 mağazamız fəaliyyət göstərməkdədir. Əlavə olaraq qeyd etmək istərdi  ki, 28 dekabr tarixindən  LC Waikiki-nin Masazır dairəsi yaxınlığında  yeni mağazası fəaliyyətə başlamışdır.Artiq  Xırdalan,Sumqayıt və Masazır sakinləri üçün  alış veriş daha rahat olacaq .

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263