BİZNES

Azərbaycanın xarici ticarət tərəfdaşları bu qədər artıb
24 DEKABR 2018
250

Azərbaycanın xarici ticarət tərəfdaşları bu qədər artıb

2018-12-24 16:53:00

"2017-ci ildə ÜDM-də özəl sektorun payı 84%, məşğulluqda isə 76% təşkil edib". Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən "Möhtəşəm quruculuq dünən, bu gün, sabah" adlı konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatına 250 mlrd. dollar sərmayə qoyulub: "Son 15 ildə ölkə iqtisadiyyatına yatırılan 250 mlrd. dollarlıq investisiyaların 50%-dən çoxu xarici investisiyalardır. Bu investisiyaların 60%-dən çoxu qeyri-neft sektoruna yatırılıb. Bu illər ərzində xarici ticarət tərəfdaşları 1,5 dəfə, xarici ticarət 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272