BİZNES

Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib
18 DEKABR 2018
287

Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib

2018-12-18 16:51:00

Fins.az-ın məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, yanvar-noyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 551 milyon 843 min ABŞ dolları, Türkiyəyə 1 milyard 550 milyon 163 min dollar, İsrailə isə 1 milyard 104 milyon 297 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 855 milyon 908 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 987 milyon 605 min dollar, Rusiya ilə isə 2 milyard 226 milyon 512 min dollar dəyərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264