BİZNES

İnzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul silinməyəcək - Vergidə yenilik
03 DEKABR
90

İnzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul silinməyəcək - Vergidə yenilik

2018-12-03 13:38:00

Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitlərinin nümayəndələrinə ətraflı məlumat verib.

S.Musayevanın sözlərinə görə, vergi ödəyicilərinin hüquqularının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə  güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişiklilərə aiddir.

2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək. Bundan başqa, kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib. Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri (payçıları) arasında bölüşdürərkən ümumi qaydada 10 faiz dərəcə ilə vergi tuturdu. Bununla da, sahibkarlıq subyektlərinə şəffaf uçot apardıqları halda əlavə vergi güzəşti veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaqdır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256