BİZNES

Azərbaycanlıların ən çox parfüm aldığı mağazanın adı açıqlandı
30 NOYABR
379

Azərbaycanlıların ən çox parfüm aldığı mağazanın adı açıqlandı

2018-11-30 11:37:00

Fins.az-ın məlumatına görə Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb. Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır. Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan  insanlar arasında keçirilmişdir. Araşdırma  mərkəzi respondentlərə Parfümunuzu əsasən hansı mağazadan alırsınız? sualı ilə muraciət edib. Sorğuda iştrak edənlərin verdiyi cavablardan məlum olub ki,  Brend mağazalar arasında 14% göstərici ilə  «İdeal Parfum» müştəri sayına görə liderliyini qorusa da, bu mağazadan parfum alanların sayında azalma müşahidə olunur. Təhlillər göstərir ki, bu tendensiya digər brend parfum mağazalarına da sirayət edib . Bunun müqabilində tanınmamış mağazalardan daha ucuz qiymətə parfum alanların sayı artıb . 4 . 5 % respondent parfumunu xaricdən, 6 % respondent isə qrafikdə göstərilməyən digər mağazalardan adığını qeyd edib (Online, Soel Parfum, Duty Free, Golden Rose, Bahar, D&G, Zolushka və s) .

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax:Azərbaycanlılar ən çox bu mağzadan geyim alırlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255