BİZNES

Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 mln. avro yardım ayrılacaq"
22 NOYABR
138

Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 mln. avro yardım ayrılacaq"

2018-11-22 12:14:00

Fins.az-ın məlumatına görə Bakıda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransından Avropa İttifaqının yerli nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 mln. avro yardım ayıracaq. “Avropa İttifaqının Azərbaycana ayırdığı vəsaitlər üzrə prioritet sahələr təhsil, o cümlədən peşə təhsili, kənd yerləri əraziləri və kənd təsərrüfatının inkişafıdır. İndiyə qədər KOBİA-nın yaradılmasına, eləcə də bu sahədə qanunun qəbul edilməsinə dəstək vermişik. Həmçinin Agentliyə 1 mln. avro yardım göstərəcəyik”, - o qeyd edib.

Bundan başqa, səfirin sözlərinə görə, Aİ-nın Azərbaycan Mikromaliyyə Asssosiasiyası (AMFA) ilə birgə kənd yerlərinə dəstəklə bağlı dəyərti 10 mln. ABŞ dolları olan təşəbbüsü var: “Yaxın aylarda AMFA 4 əsas regionun inkişafı üçün qrantların yönəldiləcəyi istiqamətləri açıqlayacaq. 2020-ci ildə Lənkəran iqtisadi zonasının inkişafına başlayacağıq. Burada əsas məsələ meyvə- tərəvəzçiliyin inkişafı, rəqabət qabiiyyətinin artırılmasıdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256