BİZNES

Hansı şirkətlərin loqoları SƏHV dizayn edilib?
06 NOYABR
135

Hansı şirkətlərin loqoları SƏHV dizayn edilib?

2018-11-06 15:46:00

Ehtimal ki, bir çox insanlar fərqinə varmasalar belə, bəzi tanınmış şirkətlərin loqolarında müəyyən qüsurlar vardır. Bu markalar məhz qəsdən belə bir strategiya həyata keçiriblər. Yəni, loqonun bu qüsurlarla dizayn edilməsi üçün ciddi fikir mübadilələri aparılmışdır. Nəticədə isə şirkətlər bu qüsurlarla insanlara çatdırmaq istədikləri mesajları ötürməyə nail oldular.

Bugünkü məqaləmizdə həmin şirkətlərdən üçü ilə sizləri tanış edirik.

Google

 

Texnologiya nəhəngi “Google” 2015 – ci ildə öz loqosunun dizaynını yenilədi və daha əvvəl istifadə etdiyi “serif” yazı tipinin əvəzinə “sans” yazı tipindən istifadə etdi. Ancaq texnologiya şirkətinin yeni loqosunda başqa bir vacib nüans da var idi.“Google” – un baş hərfini təmsil edən “G” formalı loqoda istifadə edilən yazı tipi həndəsi “şans” olmasına baxmayaraq, bu “G” hərfi mükəmməl çəmbər yaratmırdı. Ancaq bu dizayn şirkətin daha əlçatan və qeyri-adi imic yaratmasını təmin etmək üçün qəsdən düşünülmüşdü.

Eləcə də bax:14 dəfə lotereya qalibi olan şəxsin SİRRİ

Starbucks

Dünyanın ən böyük qəhvə restoranları şəbəkələrindən biri olan “Starbucks” da loqosunu yenidən dizayn etdi və loqonun üzərində əks olunan dəniz qızı təsvirini yaşıl rəngə boyadı. Bununla yanaşı loqoda digər bir mühüm dəyişiklik də var idi. Belə ki, dəniz qızı təsvirinin üz cizgiləri asimmetrik olaraq çəkildi. Çünki simmetrik üz cizgiləri dəniz qızının “qorxulu” görünməsinə səbəb olurdu. Təsvirə asimmetrik görünüş vermək üçün dəniz qızının burnun bizə nəzərən sağ tərəfindəki kölgə uzadıldı. Bununla da dəniz qızı təsviri daha səmimi və insani görünüşə sahib oldu.

Həmçinin oxu: “Starbucks”-ın loqosundakı sirr yoxsa qüsur?

7 –Eleven

“7-Eleven” loqosunda təsvir edilən “Eleven” sözünün bütün hərfləri böyük yazıldığı halda, təkcə “n” hərfi kiçik yazılıb. Şirkətin açıqlamasına görə, bununla onlar markanın daha zərif görünməsinə çalışıblar. Qeyd edək ki, bu fikir şirkətin 1960 – cı illərdə rəhbəri olmuş şəxsin xanımına məxsus idi. 

©Banco

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254