BİZNES

Gömrükçülər aksiz markası olmayan spirtli içkilər aşkar etdi
01 NOYABR
135

Gömrükçülər aksiz markası olmayan spirtli içkilər aşkar etdi

2018-11-01 16:22:00

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "VAZ 2106" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub. Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Qazax rayonunun İncəsu kəndi ərazisində saxlanılıb.

Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün "Qırmızı Körpü" gömrük postuna aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Nemirovskaya osobaya" yazılmış 94 ədəd 1 litrlik, üzərində "Nemiroff original" yazılan 10 ədəd, üzərində "Nemiroff delikat" yazılmış 6 ədəd və üzərində "Nemiroff Wheat" yazılmış 4 ədəd 1 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Eləcə də bax:İngiltərənin nüfuzlu portalı Azərbaycanlı xanımın uğurundan yazdı

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256