BİZNES

Mühasibat uçotunun aparılması standartları dəyişdirilmişdir
25 SENTYABR
233

Mühasibat uçotunun aparılması standartları dəyişdirilmişdir

2018-09-25 11:00:00
1 iyun 2018-ci ildə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra: Qanun) dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanuna edilmiş əsas dəyişikliklər bir neçə kateqoriyada təsnif edilə bilər. 1. Dəyişikliklərə əsasən, sahibkarlıq subyektləri 4 qrupa ayrılır- mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri. Adı çəkilən bölgünün meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinin mühasibat uçotunu aparması qaydaları da məhz bu meyarlara əsasən fərqləndilir. 2 . Qa n u n l a m ü h a s i b a t u ç o t u n u n aparılmasının yeni qaydaları müəyyən edilmişdir ki, mühasibat uçotu subyektlərinin bu qaydalara əməl etməsi məcburidir. Belə ki, subyektlər tərəfindən müəssisə daxilində mühasibat uçotu ilə məşğul olan bölmə yaradılmalı və ya müqavilə əsasında cəlb edilməlidir. Yeni qaydalara əsasən, sahibkarlıq subyektlərində baş mühasib fəal iyyət göstərməlidir ki, iri sahibkarlıq subyektlərində, büdcə təş k i latlarında və i l l i k mal i y yə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərdə baş mühasib peşəkar şəxslər olmalıdır. Bu müəssisələrdə mühasib müqavilə əsasında cəlb edildikdə isə ən azı 2 ədəd peşəkar mühasiblə əmək müqaviləsi bağlanmış olmalıdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdə isə bu tələb ən azı bir peşəkar mühasiblə əmək müqaviləsinin olmasıdır. 3. Həmçinin, mühasibat uçotunun aparılması standartları da dəyişdiriləcəkdir. Belə ki, Mal iyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Mal iyyə Hesabatının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları Maliyyə Nazirliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunacaq və rəsmi mətnlər dərc edildiyi gündən onlar qüvvədə olacaqlar. Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları isə həmin gündən ləğv ediləcəkdir. Yeni standartlar tətbiq olunduqdan sonra sahibkarlıq subyektlərinin əsas götürəcəyi standartlar da müəyyən edilmişdir. Belə ki, mikro və kiçik, habelə orta sahibkarlıq subyektləri üçün Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar müəyyən edilir ki, həmin subyektlər mühasibat uçotunu bu formada da apara bilərlər, və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatının Beynəlxalq Standartlarına və M a l i y y ə H e s a b a t l a r ı n ı n B e y n ə l x a l q Standartlarına uyğun da tərtib edə bilərlər. İri sahibkarlıq subyektləri öz maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Mal iyyə Hesabatının Beynəlxalq Standartlarına və ya Maliyyə Nazirliyi t ə r ə fi n d ə n m ü ə y y ə n e d i l ə n M a l i y y ə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edə bilərlər. Q e y d e d i l m ə l i d ir k i , Az ə r b a y c a n Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət maliyyə nəzarəti tədbirləri və vergi yoxlamaları həyata keçirilərkən yuxarıda adıçəkilən tələblərin təmin edilməsi də yoxlanılacaqdır. Qeyd edilən t ə l ə b l ə r ə u y ğ u n m ü h a s i b a t u ç o t u n u n aparılmaması inzibati məsuliyyətə səbəb olacaqdır. Buna görə məsuliyyəti isə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidməti göstərən hüquqi və ya fiziki şəxs daşıyacaqdır
 
Farid Nabili
Managing Partner
 "CASPIAN LEGAL CENTER"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256