BİZNES

Səkkiz ayda əsas kapitala 8 milyard 953 milyon manatdan çox vəsait qoyulub
14 SENTYABR
165

Səkkiz ayda əsas kapitala 8 milyard 953 milyon manatdan çox vəsait qoyulub

2018-09-14 09:36:00

2018-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 953,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,7 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 37,7 faiz artıb.

Ümumi sərmayənin 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,6 faizi məhsul istehsalı obyektlərinin, 22,9 faizi xidmət sahələri üzrə obyektlərin, 7,5 faizi isə ümumi sahəsi 1 milyon 247,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 59,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,7 faiz, bank kreditləri 14,7 faiz, büdcə vəsaitləri 25,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, büdcədənkənar fondların vəsaitləri 1,7 faiz, digər vəsaitlər isə 0,7 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258