BİZNES

Bu maraqlıdır - Hugo Boss
22 MAY
358

Bu maraqlıdır - Hugo Boss

2018-05-22 16:36:00

Alman geyim brendi Hugo Boss AG –in mərkəz ofisi Metçingendə yerləşir. 1923-cü ildə Hugo Ferdinanad Boss iş paltarı və idman paltarları tikilən fabrik açır. 1930-cı ildə şirkət müflis olur. Lakin 1931-ci ildə Hugo Boss Hitlerçilər partiyasına daxil olaraq yenidən şirkət qurmağa müvəffəq olur.

1933-cu ildə Hugo Boss Hitlerin ordusunda xidmət edən xüsusi qoşunlar üçün geyim tikişi ilə bağlı sifariş götürür. 1937-ci ildə onun fabrikində artıq 100 nəfər çalışır. İkinci dünya müharibəsinin başlanması ilə isə fabrika daha çox sifarişlər qəbul etməyə başlayır.

1948-ci ildə Hugo Boss-un ölümündən sonra şirkətin rəhbəri  qohumu Oygen Holi olur. 1953-ci idlə şirkət ilk kişi klassik kişi kostyumunu istehsal edir.

1985-ci ildə şirkətin səhmləri Birjaya çıxardılır. 1991-ci ildə şirkətin əsas səhmdarı Marçotto adlı şəxs olur. 1993-cü ildə isə Holi qardaşları Hugo Boss-u tərk edir.

Hazırda Hugo Boss bir çox geyimlərlə yanaşı fərqli qoxuya malik dünya brendləri olmuş ətirlər də istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256