BİZNES

Türkiyənin ən iri holdingi müflisliyə doğru gedir?
17 APREL
129

Türkiyənin ən iri holdingi müflisliyə doğru gedir?

2018-04-17 14:15:00

“Doğan Şirketler Grubu Holding A.Ş” 60 ildən çoxdur ki, Türkiyə iqtisadiyyatına dəyər qatır. Şirkət bazarda media, enerji, pərakəndə sektoru, sənaye, nəqliyyat vasitələri, əmlak marketinqi, turizm, maliyyə xidmətləri göstərir. Fins.az Facemark.az-a istinadən  xəbər verir ki, cari ilin martın 21-də isə şirkət əlində saxladığı “Doğan Medya Grubu”nu bazarda media, inşaat, turizm, enerji, sənaye sektorlarında lider kompaniyalardan biri hesab olunan “Demirören Holding”ə satdığını açıqlamışdı.

“Demirören Holding” bazarda “Milliyyet” qəzeti, adıçəkilən qəzetin internet saytına, “Vatan” qəzetinə, “Gazetavatan.com”a, “Milliyyet İnternet TV”-yə, “Scorer.com”a, “Uzmanpara”, “PembeNar” kimi media orqanlarına nəzarət edir. Kompaniya “Doğan Medya Grubu”nu əldə etməsi ilə media sektorundakı biznesinə daha bir neçəsini (Kanal D, CNN Turk və s.) əlavə edib.

Aprelin 13-də isə “Doğan Holding” açıqlayıb ki, holding musiqi və kitab mağazası D&R-ı “Sabah Grubu”na satıb. Holdinq Kamuyu Aydınlatma Platformuna (KAP) açıqlayıb ki, satışın dəyəri 440 milyon TL (108 milyon dollar-red.) həcmində olub.

KAP-dakı açıqlamada D&R-ın onlayn kanallarından olan idefix.com-un satılıb-satılmadığına dair isə informasiya verilməyib.

D&R-ı alan “Sabah Grub”un törəmə şirkətlərindən biri olan “Turkuvaz TK Kitap ve Kırtasiye” (TveK) isə 2017-ci ilin iyununda təsis edilib. Ölkənin 67 əyalətində 132 mağaza ilə xidmət göstərir.

“Doğan Holding” və “Raks Elektronik Sanayi ve Ticaret A.S” ortaqlığı nəticəsində 1996-cı ildə musiqi və kitab mağazası D&R-ı təsis ediblər. Şirkətin 2017-ci ilin iyunundan bəri 30 əyalətdə 157 mağazası mövcuddur.

Türkiyə mətbuatı daha sonra yazıb ki, “Doğan Holding”in İnvestisiyalar üzrə əlaqələr departamentindən əldə edilən məlumata görə, D&R-ın onlayn malları da daxil olmaqla, bütünlüklə, TveK-ə satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279