BİZNES

Məşhur agentlik Azərbaycanda
16 APREL
534

Məşhur agentlik Azərbaycanda

2018-04-16 00:21:00

“Rayacht”ın fəaliyyəti hələ uzaq  1986-cı ildə İtaliyanın Sanremo şəhərciyində yaranıb. Agentlikdən Fins.az-a verlən məlumata görə, o zamanlar ikinci ranqa kapitanı  Alessandro Reggio İtaliya hərbi dəniz donanmasında  xidmətini başa vurur. Daha sonralar isə Rayacht agentliyinin rəhbəri olan A.Reggio  bütün Avropa sahillərində  gəmi gəzintisi və gəmilərə texniki xidmət göstərmək kimi  hüquqlara sahib olur. 

1991-ci ildə isə kapitan Reggio italiya zavodlarından limitsiz sayda gəmi və yaxta almaq hüququnu əldə edir. Beləliklə də məşhur Rayacht agentliyi dünyanın istənilən ölkəsinə müxtəlif yeni və işlənmiş gəmi və yaxtalarının satışını təşkil etmək imkanı qazanır. Agentliyin yüksək  ixtisaslı peşəkarları alınan bütün yaxtalara texniki xidmət göstərmək imkanına malikdir. Son 15 ildə şirkətin çarter xidmətlərinə tələbin artması agentliyin müştərilərinə yaxta menecmentliyini də öyrədib. Belə ki,  yaxta sahibləri məzuniyyətdə olduqları dövrdə və ya istirahət etdikləri dövrdə yaxtalardan istifadə edə, daha sonar isə Rayacht agentliyinə çarter xidmətlərində istifadə kimi təqdim edə bilər.

Rayachtın beynəlxalq yaxta brokerləri ilə əməkdaşlıq etməsi sayəsində yaxta sahibləri  üçün yay mövsümündə aralıq dənizində kruiz təşkil edə , qışda isə yaxtanı ABŞ-a, çarter xidmətləri üçün göndərə bilər.  

Rayacht agentliyi yaxta əldə etmək istəyənlər üçün , müştərinin  istəyindən asılı olaraq istənilən ölçüdə təzə və işlənmiş yaxtaları dünyanın istənilən nöqtəsinə çatdırmaq imkanına malikdir. Bundan başqa bütün yaxtalar sığortalıdır.

Bundan başqa Rayacht agentliyi “Elitaxi”adlı avtomobil icarəsi xidməti də təqdim edir. Avtomil icarəyə götürmək istəyənlər üçün sürücü xidməti də təklif olunur. Bütün bunlarla yanaşı agentlik müştəriləri üçün bütün Avropa üzrə helikopterlə daşınma xidməti də göstərir.

Agentlikdən yaxta icarəyə götürmək və ya almaq istəyənlər RAYACHT linkinə daxil olaraq birbaşa şirkətin rəsmilərindən daha ətraflı məlumat əldə edə bilərlər.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276