BİZNES

S.Ələkbərov: Kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməlidir
14 MART
196

S.Ələkbərov: Kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməlidir

2018-03-14 12:37:00

Hazırda Azərbaycanda 917 min vergi ödəyicisi var ki, bunun da 30 mini Əlavə Dəyər Vergisi (ƏDV), qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir. Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin məbləği ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

“Sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin məbləği artmalıdır”, - S.Ələkbərov bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267