BİZNES

Azərbaycan və İran arasında yeni kredit sazişinin imzalanması nəzərdə tutulur
13 MART
248

Azərbaycan və İran arasında yeni kredit sazişinin imzalanması nəzərdə tutulur

2018-03-13 17:18:00

"Azərbaycan və İran arasında reallaşan ən uğurlu layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir". Bunu bu gün Tehranda Azərbaycan  ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Fins.az APA-ya istinadən xəbər verir ki, Nazirin sözlərinə görə, Azərbaycan tərəfi layihə çərçivəsində öz ərazisində bütün lazımı işləri görür: "Sərhədyanı çayın üzərində körpü də inşa edilib. Artıq Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir, bu dəhlizlə yüklər daşınır".

Ş.Mustafayev qeyd edib ki, yaxın günlərdə İran ərazisində yeni terminal kompleksinin təməli qoyulacaq: "Fars körfəzinə kimi uzanan dəmir yolu xətti Rəşt-Astara hissəsinə aiddir. Azərbaycan İranla bu dəmir yolunun tikintisində əməkdaşlıq etmək niyyətindədir. İran prezidenti cənab Ruhaninin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İran arasında kredit sazişinin imzalanması nəzərdə tutulur. Müqavilə üzrə 3 il ərzində bu yol inşa olunacaq. 3 ildən sonra artıq Fars körfəzindən dəmir yolu ilə həm şimal ölkələri, həm də qərb ölkələri ilə yüklərin daşınması asanlaşacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277