BİZNES

Yanvar - fevral aylarında bu qədər ticarət əməliyyatı həyata keçirilib
09 MART
316

Yanvar - fevral aylarında bu qədər ticarət əməliyyatı həyata keçirilib

2018-03-09 14:34:00

Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində 140 ölkə ilə 3 661 979,53 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Fins.az Dövlət Gömtük Kömitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% böyüyüb. 

Ticarət əməliyyatlarının 1 451 527,63 min dollarını idxal əməliyyatları, 2 210 451,90 min dollarının (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) ixrac əməliyyatları əhatə edib. Son 1 ildə idxal 49,3%, ixrac isə 33,7% artıb.

Beləliklə, 2 aylıq ticarət dövriyyəsinin 758 924,27 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. 

Yanvar-fevral aylarında Azərbaycandan 1 435 çeşiddə mal ixrac olunub. Ölkəyə idxal olunan məhsul çeşidinin sayı isə 5 547 təşil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256